Süleyman Bağırov (leytenant)
Süleyman Loğman oğlu Bağırov (1 fevral 1992; Sabirabad rayonu, Azərbaycan — 8 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsinin şəhidi. Süleyman Bağırov Şəxsi məlumatlar Doğum tarixi Doğum yeri Sabirabad rayonu, Azərbaycan Vəfat tarixi (28 yaşında) Vəfat yeri Füzuli rayonu, Azərbaycan Dəfn yeri Şirvan Şəhidlər Xiyabanı Vətəndaşlığı Azərbaycan Hərbi fəaliyyəti Mənsubiyyəti Azərbaycan Ordusu Qoşun növü Quru Qoşunları Xidmət illəri 2013—2020 Rütbə Döyüşlər Vətən müharibəsi
• Füzuli döyüşləriTəltifləri 2020 Mündəricat
Süleyman Bağırov 1992-ci il fevralın 1-də Sabirabad rayonunun Sarxanbəyli kəndində anadan olub. 2009-2013-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.
Azərbaycan Ordusunun leytenantı olan Süleyman Bağırov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Süleyman Bağırov oktyabrın 8-də Füzuli döyüşləri zamanı şəhid olub. Şirvan şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Süleyman Bağırov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
- Müdafiə Nazirliyi (22.01.2021). (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (azərb.). 2021-01-22 tarixində (PDF). İstifadə tarixi: 22.01.2021.
- Azərbaycan Prezidentinin saytı (15.12.2020). . www.president.az ((azərb.)). 2020-12-15 tarixində . İstifadə tarixi: 15.12.2020.
- Normativ hüquqi sənədlərin vahid internet bazası (15.12.2020). . www.e-qanun.az ((azərb.)). 2020-12-15 tarixində . İstifadə tarixi: 15.12.2020.
