Qara torpaqlar (kalm.Хар Һазр, rus.Чёрные земли) — antropogen səhra Rusiyanın Avropa hissəsində yerləşir. Səhra Xəzərönü çökəkliyinin qərbində Erqni yüksəklikləri və Volqa alçaqlığı arasında yerləşir. Xəzərönü çökəkliyinin 3,5 mln. ha ərazisi əhatə edir.
Kalmıkiya ərazisinin 47,3 % təşkil edir. Səhranın adı qışda qarın az yağması və bitkilərin qurumuş (qaralmış) çubuqlarının qara rəngə çalmasına görə verilmişdir. Səhranın sahəsi 40 000 km² təşkil edir.
Qara torpaqlar inzibati cəhətdən Kalmıkiya Respublikası və Həştərxan vilayəti ərazisində yerləşir, cənub-şərqdən Xəzər dənizi, cənubdan Kumo-Manıç çökəkliyi, qərbdən Erqeni qalxması, şimal-şərqdən Sarpa çökəkliyi və Volqa deltası ilə əhatələnir.
İqlimi kontinentaldır. İsti yaya və qarsız (az qarlı) qışa malikdir. İlin 280 günü günəşli günə malikdir. İlin 40 günü şərq istiqamətli qum flrtınaları müşahidə edilir. Buxarlanma yağıntını dəfələrlə üstələyir. Yağıntı yaz və yayın əvvəllərində düşür. Yarımsəhra bölgələrində 250 mm, səhra tipli ərazilərdə 200 mm yağıntı düşür. Qışda şaxtalı küləklər müşahidə edilir.
Bitki örtüyü əsasən yarımsəhra və səhra tiplidir. Burada yovşan, stipa, festúca valesiáca, ayrıqotu, poa bulbosa kimi bitkilər bitir.
Qara torpaqlarda ekosistemin qorunması məqsədi ilə Kalmıkiya ərazisində "Qara torpaqlar" qoruğu, Mektelinskiy, Sostinskiy, Tinquta yasaqlıqları, və Həştərxan vilayəti ərazisində "Stepnoy" yasaqlığı mövcuddur.