Qədim Misir təqvimi
Qədim Misir təqvimi — adından göründüyü kimi Misirdə tərtib edilmiş ən qədim təqvimlərdən biri. Bu təqvimə əsasən il 3 mövsümdən hər mövsm isə 4 aydan ibarətdir. Qədim misirlilər mövsümləri kənd təsərüfat işlərinə və təbiət hadisələrinə görə adlandırılmışdırlar. Adətən "Oyanış" ("əkin") mösümündə şumlama, əkin işləri, "Quraqlıq" ("yığım") mövsümündə məhsulun yığımı aparılırdı, "Daşqın" mövsümündə Nil çayı nehrindən çıxar və ətraf əraziləri su basardı. Təqvimə görə ər ay 30 gündən, il isə 360 gündən ibarət olsa da qədim misirlilər ilin həqiqətdə 365 gündən ibarət olduğunu da bilirdilər. Bu məqsədlə qalan 5 günü onlar ilin son ayına əlavə etmişdilər. Bu günlər q.misirHrj.w-rnp.t - Herui-renpet adlandırılırdı ki, mənası ildən kənar ya il üstü günlər deməkdir. Bu günlərin hər biri tanrılar: Osiris, Hor, Set, İsida, Neftidanın doğum günləri sayılırdı. Bəzən təqvimdə ilk ayı tepi (q.misirtpj - "birinci"), sonuncu ayı isə arki (q.misirarky - "sonuncu") adlandırılırdı. Qədim padşahlıq dövründən etibarən, ilk hökmdardan başlanaraq təqvim tərtibini tapmışdır. Rəsmi sənədlərdə tarix aşağıdakı sxem üzrə göstərilmişdir. 1) "Hökmranlıq ili" (q.misirrnpt-Hsb ) və ilin nömrəsi; 2) ayın işarəsi və mövsüm üzrə nömrəsi; 3) mövsümün adı; 4) günün işarəsi və sıra nömrəsi; 5) "hökmdarın hər iki məmləkəti idarəetmə tarixi" (q.misirxr Hm n nswt-bjt); 6) Kartuşda taxt-tac adı. rnpt-Hsb 2 (jbd) 3 Axt (sw) 1 xr Hm n nswt-bjt n(j)-mAat-ra Təqvim Təqvim haqqında Təqvim
tipi Təqvim dövrü Uzun illərin
daxil edilməsi Digər təqvimlər Armelin · Assuriya · Astek · Benqal · Berber · Bəhai · Budda · Babil · Bizans · Vyetnam · Gilburd · Hind · Holosen · Qafqaz Albaniyası · Qriqori · Gürcü · Qədim yunan · Qədim Misir · Qədim hind · Qibti · Qədim Çin · Qədim fars · Qədim slavyan · Yəhudi · Zərdüşt · Hindistan · İnk · Hicri-qəməri ·Hicri-şəmsi · İrland · Çin · Kont · Kopt · Malay · Mayya · Nepal · Yuli · Roma · Rumi · Simmetrik · Tamil · Tay Günəş · Tibet · Üçmövsümlü · Türkmən · Universal · Fransız · Xanaane · Xani · Çuçxe · İsveç · Şumer · Efiopiya · Yava · Yapon
Misal:
izahı: Hökmdar III Amenemhetin hakimiyyətinin ikinci ili, III Axetin birinci günü. Qədim Misir təqvimindəki mövsüm və ayların Qriqori təqvimində yeri Mövsümlər Ayların adları
(Ay təqvimi) Tarix: Elefantina Tarix: Nil vadisi Axet (Daşqınlar) I Axet 1. Vepet-renpet 5 iyun 19 iyun II Axet 1. Texi 5 iyul 19 iyul III Axet 2. Menxet 4 avqust 18 avqust IV Axet 2. Hut-heru 3 sentyabr 17 sentyabr Peret (Məhsul/qış) I Peret 3. Ka-her-ka 3 oktyabr 17 oktyabr II Peret 3. Şef-bedet 2 noyabr 16 noyabr III Peret 4. Rekeh-ver 2 dekabr 16 dekabr IV Peret 4. Rekeh-neces 1 yanvar 15 yanvar Şemu (Qızmar/yay) I Şemu 5. Renutet 31 yanvar 14 fevral II Şemu 5. Xonsu 2 mart 16mart III Şemu 6. Xenti-xet 1 aprel 15 aprel IV Şemu 6. İpet-hemet 1 may 15 may