Luna proqramı
Luna proqramı (rus.Луна) — 1959-1976-cı illəri əhatə edən SSRİ-nin Ay tədqiqat proqramına daxil olan kosmik proqram. Rusiya Luna proqramını Luna-Qlob proqramı olaraq davam etdirməyi planlaşdırır. Proqram ərzində 15 uğurlu eniş və orbitdə uçuş missiyası həyata keçirilmişdir. Luna proqramı Ay tədqiqatları ilə bağlı çoxlu ilklərə nail olmuşdur. Bu proqram çərçivəsində Ayın kimyəvi tərkibi, cazibə qüvvəsi, radiasiyası, istiliyi başda olmaqla çoxlu müşahidələr aparılmışdır. SSRİ dövründə rəsmən Luna adını daşıyan 24 kosmik gəmi olmuşdur. Yerin orbitindən çıxa bilməyən uğursuz Luna layihələrinə rəsmi adlar verilməmişdir. Yerin orbitində sıradan çıxan bəzi Luna proqramına aid olan kosmik gəmilərə şərti Kosmos adı verilmişdir. Luna proqramı üçün SSRİ təqribən 4,5 milyard dollar xərc çəkmişdir. Luna 1 kosmik gəmisinin Ayla toqquşması nəzərdə tutulmuşdu. Buna baxmayaraq Ayın yaxınlığından keçən ilk kosmik gəmi oldu. Luna 2 kosmik gəmisi uğurla Ay səthinə çırpıldı və Ayla təmas edən ilk insan istehsalı kosmik gəmi oldu. Luna 3 kosmik gəmisi tərəfindən Ayın Yerdən görünməyən üzünün ilk dəfə şəkli çəkildi. Luna 9 kosmik gəmisi ilk dəfə Ayın səthinə işlək şəkildə enən kosmik gəmi oldu və Ayın yaxından çəkilişlərini həyata keçirdi. Luna 10 kosmik gəmisi Ayın orbitinə girməyi bacarmış ilk kosmik gəmi oldu. Luna 17 və Luna 21 kosmik gəmiləri Ayın səthinə Lunaxod 1 və Lunaxod 2 roverlərini buraxdı. Luna 16, Luna 20, Luna 24 kosmik gəmiləri tərəfindən ümumilikdə 0,326 kq Ay süxurlarının örnəyi toplanaraq, uğurla Yerə daşındı. Luna 15 missiyası həyata keçirilərkən, ABŞ tərəfindən Ayda Apollon 11 missiyası həyata keçirilirdi. Luna 15 Ay səthinə enərkən dağa çırpıldı. Bu vaxt Neyl Armstronq və Edvin Oldrin Ayın səthində idi. Luna proqramı çərçivəsində həyata keçirilən və Yer orbitindən çıxa bilməyərək uğursuz nəticələr əldə edən kosmik gəmilər SSRİ tərəfindən elan olunmadı. Məsələn, uğursuz alınan ilk üç Luna missiyasına şərti kod adlar (Luna 1A, Luna 1V, Luna 1S) verilmişdi. Uğursuz alınan uçuşlardan bəzilərinə şərti olaraq Kosmos adı verilmişdir. Mündəricat
SSRİ dövründə
Tanınan adı Kod adı Missiya Uçuş tarixi Daşıyıcı raket Nəticəsi Haqqında yoxdur E-1 No.1 Toqquşma Luna Orbitdə sıradan çıxdı. yoxdur E-1 No.2 Toqquşma Luna Orbitdə sıradan çıxdı. yoxdur E-1 No.3 Toqquşma Luna Orbitdə sıradan çıxdı. Luna 1 E-1 No.4 Toqquşma Luna Ayın yaxınlığından uçaraq keçdi. yoxdur E-1A No.1 Toqquşma Luna Orbitdə sıradan çıxdı. Luna 2 E-1A No.2 Toqquşma Luna 14 sentyabr 1959-cu ildə Ay səthinə çırpıldı və Ayla təmas etmiş insan istehsalı ilk kosmik cism oldu. Luna 3 E-2A No.1 Yaxın uçuş Luna Ayın Yerdən görünməyən üzünün ilk şəklini çəkdi. yoxdur E-3 No.1 Yaxın uçuş Luna Orbitdə sıradan çıxdı. yoxdur E-3 No.2 Yaxın uçuş Luna Orbitdə sıradan çıxdı. yoxdur E-6 No.2 Eniş Molniya-L Orbitdən çıxa bilmədi. yoxdur E-6 No.3 Eniş Molniya-L Orbitdə sıradan çıxdı. Luna 4 E-6 No.4 Eniş Molniya-L Uğursuz istiqamət düzəlişi edərək Ayın yaxınlığından keçdi. yoxdur E-6 No.6 Eniş Molniya-M Orbitdə sıradan çıxdı. yoxdur E-6 No.5 Eniş Molniya-M Orbitdə sıradan çıxdı. Kosmos 60 E-6 No.9 Eniş Molniya-L Orbitdən çıxa bilmədi. Beş gün sonra sıradan çıxdı. yoxdur E-6 No.8 Eniş Molniya-L Orbitdə sıradan çıxdı. Luna 5 E-6 No.10 Eniş Molniya-M Uğursuz eniş. Buludlar dənizinə çırpıldı. Luna 6 E-6 No.7 Eniş Molniya-M Uğursuz istiqamət düzəlişi edərək Ayın yaxınlığından keçdi. Luna 7 E-6 No.11 Eniş Molniya Uğursuz eniş nəzarəti. Qasırğalar okeanına çırpıldı. Luna 8 E-6 No.12 Eniş Molniya Uğursuz eniş nəzarəti. Qasırğalar okeanına çırpıldı. Luna 9 E-6 No.13 Eniş Molniya-M 3 fevral 1966-cı ildə Qasırğalar okeanına uğurlu eniş. Kosmos 111 E-6S No.204 Orbitdə uçuş Molniya-M Orbitdən çıxa bilmədi. İki gün sonra sıradan çıxdı. Luna 10 E-6S No.206 Orbitdə uçuş Molniya-M Luna 11 E-6LF No.101 Orbitdə uçuş Molniya-M Luna 12 E-6LF No.102 Orbitdə uçuş Molniya-M Luna 13 E-6M No.205 Eniş Molniya-M 24 dekabr 1966-cı ildə Qasırğalar okeanına uğurlu eniş. yoxdur E-6LS No.112 Orbitdə uçuş Molniya-M Orbitdə sıradan çıxdı. Luna 14 E-6LS No.113 Orbitdə uçuş 7 aprel 1968 Molniya-M yoxdur E-8 No.201 Rover Proton-K/D İlk Lunaxod cəhdi. Orbitdə sıradan çıxdı. Lunaxod yox oldu. yoxdur E-8-5 No.402 Örnəklə dönmək Proton-K/D Orbitdə sıradan çıxdı. Luna 15 E-8-5 No.401 Örnəklə dönmək Proton-K/D Ayın orbitinə uğurla daxil olsa da, eniş uğursuz oldu. Bu missiya həyata keçərkən Apollon 11 Aya enmişdi. Kosmos 300 E-8-5 No.403 Örnəklə dönmək Proton-K/D Orbitdən çıxa bilmədi. Dörd gün sonra sıradan çıxdı. Kosmos 305 E-8-5 No.404 Örnəklə dönmək Proton-K/D Orbitdən çıxa bilmədi. İki gün sonra sıradan çıxdı. yoxdur E-8-5 No.405 Örnəklə dönmək Proton-K/D Orbitdə sıradan çıxdı. Luna 16 E-8-5 No.406 Örnəklə dönmək Proton-K/D 20 sentyabr 1970-ci ildə Aya uğurlu eniş. 24 sentyabr 1970-ci ildə Yerə örnəklə uğurlu dönüş. Luna 17 E-8 No.203 Rover Proton-K/D 17 noyabr 1970-ci ildə Yağışlar dənizinə uğurlu eniş. Lunaxod 1 uğurla Ay səthində gəzdi. Luna 18 E-8-5 No.407 Örnəklə dönüş Proton-K/D Ayın orbitinə uğurla daxil olsa da, eniş uğursuz oldu. Luna 19 E-8LS No.202 Orbitdə uçuş Proton-K/D Luna 20 E-8-5 No.408 Örnəklə dönüş Proton-K/D 21 fevral 1972-ci ildə Aya uğurlu eniş. 25 fevral 1972-ci ildə Yerə örnəklə uğurlu dönüş. Luna 21 E-8 No.204 Rover Proton-K/D 15 yanvar 1973-cü ildə Aya uğurlu eniş. Lunaxod 2 uğurla Ay səthində gəzdi. Luna 22 E-8LS No.206 Orbitdə uçuş Proton-K/D Luna 23 E-8-5M No.410 Örnəklə dönüş Proton-K/D Böhranlar dənizinə səhv eniş. yoxdur E-8-5M No.412 Örnəklə dönüş Proton-K/D Orbitdən çıxa bilmədi. Luna 24 E-8-5M No.413 Örnəklə dönüş Proton-K/D 18 avqust 1976-ci ildə Böhranlar dənizinə uğurlu eniş. 22 avqust 1976-ci ildə Yer örnəklə uğurlu dönüş. yoxdur 8ЕL No. 205 Örnəklə dönüş Proton-K/D Rusiya dövründə
Tanınan adı Kod adı Missiya Uçuş tarixi Daşıyıcı raket Nəticəsi Haqqında Luna 25 Eniş Universal eniş platformasının sınağı. Luna 26 Orbitdə uçuş Ay səthinin xəritələrinin hazırlanması və səthdəki stansiyalarla əlaqə. Luna 27 Eniş Buz olan yerlərdə buruq qazılması. Yeni Lunaxod missiyası. Luna 28 Örnəklə dönüş. Əsasən buz olmaqla örnəklər toplamaq və Yerə örnəklə dönüş.
