Lokomotiv Bakı QVK
Lokomotiv (Bakı) — Azərbaycanda mübarizə aparan qadınlardan ibarət voleybol klubu. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin voleybolumuza ən böyük töhfəsi sayılır. 2002-ci ildən etibarən Voleybol üzrə Azərbaycan Superliqasında mübarizə aparır. Komandanın sponsoru "Acıbadem" şirkətidir. “Lokomotiv” Voleybol Klubu, 2008-ci ildə təsis edilmişdir. Bu komandanın əsası isə 1998-ci ilə qədər gedib çıxır. Komanda 2009-2010-cu illər mövsümündə, Azərbaycan Superliqası yarışlarında 2-ci yerə layiq görülmüş və Çağırış Kuboku turnirində çıxış etmək üçün haqq qazanmışdır. 2009-2010 cu illər mövsümündə sözügedən Avropa Çempionatının ilk mərhələsində İsrailin “Raanana” komandasını hər iki oyunun nəticəsinə görə mübarizədən kənarlaşdıran “Lokomotiv”, növbəti mərhələdə daha təcrübəli rəqib sayılan, Polşanın “Gvardia Vroclav” Voleybol Komandası ilə başabaş və əzimkar mübarizə aparmağına baxmayaraq, bu dəfə sevinən tərəf Polşa təmsilçisi olmuşdur. Qarşısına daha böyük məqsədlər qoyan “Lokomotiv”, növbəti, 2010-2011-ci illər mövsümündə heyətini Kristin Riçards, Nikol Deyvis, Nansi Metkalf (hər üçü ABŞ) Kremena Kamenova, Mariya Filipova (hər ikisi Bolqarıstan) kimi voleybolçular ilə gücləndirməklə yanaşı, komandaya baş məşqçi qismində, sloveniyalı təcrübəli mütəxəssis Dragutin Baltiçi dəvət etmişdir. Klub rəhbərliyinin apardığı uğurlu transfer siyasəti öz müsbət nəticələrini vermiş, belə ki, 2010-2011-ci illər mövsümündə, Lokomotiv Voleybol Klubu Azərbaycan Çempionatının Super Liqa yarışlarının bürünc mükafatçısı olmaqla yanaşı, həm də, Avropa Çağırış Kubokunda uğurlu çıxışı ilə yadda qalmışdır. Belə ki, sözügedən mövsümdə, Lokomotiv Voleybol Klubu Challange Cup beynəlxalq turnirində Rusiya təmsilçisi Omiçka, Avstriya təmsilçisi Askö Linz Steg, Kipr təmsilçisi Apollon Limassol, və Azərbaycanın güclü voleybol klublarından sayılan İqdisadçı voleybol komandalarını mübarizədən kənarlaşdıraraq, Challange Cup turnirinin final mərhələsinə adlamış, yalnız finalda Azərreylə yenilən “Lokomotiv”, sözügedən mötəbər turnirin gümüş medalına layiq görülmüşdür. 2011-2012-ci illər mövsümünü isə “Lokomotiv” Voleybol Klubu sözün əsl mənasında, Avropanın və Dünyanın voleybol aləminə böyük əks-səda salmışdır. Belə ki, komanda, Azərbaycan Çempionatının Super Liqa yarışlarının gümüş medallarına layiq görülməklə yanaşı, həm də, Avropa Çağırış Kuboku (CEV Challange Cup) beynəlxalq turnirində, Xorvatiyanın “ZOK Split”, Belçikanın “Gent”, Serbiyanın “OK Vizura Beograd”, Macarıstanın “Vaşaş Budapeşt”, Çexiyanın “VK KP Kralovo Pole Brno” voleybol komandalarını mübarizədənb kənarlaşdıran “Lokomotiv”, final mərhələsində Azərbaycan təmsilçisi “Bakı” voleybol klubunu da üstələyərək, sözügedən türnirin qızıl medallarına layiq görülmüş və tarixində ilk dəfə olaraq, Avropa Çağırış Kubokunu başı üzərinə qaldırmışdır. Sonda turnirin Ən Dəyərli Oyunçusu da Dəmiryolçulardan olmuşdu. Komandanın kapitanı Nansi Metkalf göstərdiyi möhtəşəm oyunla layiqli şəklidə bu ada sahib olmuşdu. 2012-2013-cü illər mövsümündə isə, “Lokomotiov” Voleybol Klubu, Avropanın daha mötəbər turniri sayılan və komandaların güc səviyyəsinə görə daha çox fərqlənən CEV Qadınlar Çempionlar Liqası turnirində ilk debütünü etmişdir. Stardaca Lokomotiv uğurlu çıxış edə bilmişdir. Belə ki, Avropanın klublararası çempionatının ən mötəbər yarışması olan CEV Çempionlar Liqasında debüt edən Lokomotiv, qrup mərhələsində Rusiyanın Dinamo Moskva, Polşanın Bank BPS Fakro Muszyna və Serbiyanın Srvena Zvezda kimi güclü klubları arxada qoyaraq, qrup mərhələsini 1-ci yerdə tamamlamış və pley-off mərhələsinə yüksəlmişdir. Yalnız bu mərhələdə avrokuboklarda qəniminə çevrilən Azərreylə məğlub olmuşdu. Lokomotiv 2013-14 mövsümündə böyük enişə keçmişdi. Belə ki, bu mövsümdə CEV Kubokunda son səkkizə qala bilməyən komanda Azərbaycan Superliqasında da ilk dördə girənməmiş və pleyoffa da vəsiqə qazana bilməmişdi. “Lokomotiv “ Voleybol Klubu uşaq voleyboluna da böyük diqqət ayırır. Klubun Biləcəri qəsəbəsində yerləşən təlim-məşq bazasında müxtəlif yaş qruplarına bölünmüş, 40-dan çox uşaq və yeniyetmələr voleybolun sirrlərini öyrənir və gələcəkdə yerli idmançıların aşkarlanmasında təcrübəli mütəxəssislər “Lokomotiv” təlim-məşq bazasında gərgin iş aparırlar. Təbii ki, məqsəd təkcə “Lokomotiv” Voleybol Klubuna yerli idmançıları cəlb etmək deyil, həm də Azərbaycan milli komandasına daha çox yerli voleybolçuların cəlb edilməsidir. 2013-14 mövsümü üçün Lokomotiv Şəhər Bakı Rəngləri açıq göy Ləqəbi Dəmiryolçular Yaranma tarixi 1998 Meydança Azərbaycan Voleybol Mərkəzi Tutumu 2000 Prezidenti Rəşad Abbasov Baş məşqçisi Klaudio Kuello Liqa Azərbaycan Superliqası Son sezon 2013-2014 Sıra 5 Rəsmi vebsaytı Mündəricat
Avropada qazanılan kubok
İlk dəfə Çempionlar liqasında
Son illər
Nömrə Oyunçunun adı Mövqeyi Doğum tarixi Ölkəsi 1 Gizem Giraygil Ötürücü 1986 Türkiyə 2 Ariel Vilson Blokçu 1989 ABŞ 3 Mariya Filipova Libero 1982 Bolqarıstan 4 Sa-Nee Kim Toppaylayıcı 1981 Cənubi Koreya 5 Viera Klimoviç Blokçu 1988 Belarus 7 Valdone Petrauskaite Diaqonal 1984 Litva 8 Aleksis Krimes Blokçu 1986 ABŞ 9 Lauren Qibbemeyer Blokçu 1988 ABŞ 11 Kassidi Liçtman Hücumçu 1989 ABŞ 13 Katarina Barun Diaqonal 1989 Xorvatiya 14 Prisilla Rivera Hücumçu 1984 Dominikan Respublikası 16 Aleksandra Samoylova Hücumçu 1987 Rusiya 17 Anna Qrbaç Toppaylayıcı 1988 Xorvatiya 18 Suzana Cebiç Libero 1985 Serbiya Ölkədaxili
Beynəlxalq arenada
Mövsüm Turnir Mərhələ Rəqib I oyun II oyun Qızıl set Nəticə 2009/2010 Çağırış kuboku I mər Raanana VBC (s)3:2 (e)3:0 2-0 II mər Impel Gwardia (s)1:3 (e)3:2 1-1 2010/2011 Çağırış kuboku II mər Omiçka Omsk (s)2:3 (e)3:0 2-0 1/16 final Linz-Steg (s)3:0 (e)3:0 2-0 1/8 final Apollon Limassol (e)3:0 (s)3:0 2-0 1/4 final Schweriner SC (e)3:0 (s)3:2 2-0 1/2 final Igtisadchi Baku (s)3:0 (e)2:3 1-1 Final Azerrail Baku (e)1:3 (s)1:3 0-2 2011/2012 Çağırış kuboku II mər Vaşaş Budapeşt (s)3:0 (e)3:0 2-0 1/16 final Split (s)3:0 (e)3:0 2-0 1/8 final Vizura Belqrad (e)3:1 (s)3:0 2-0 1/4 final Kralove Pole Brno (s)2:3 (e)3:0 1-1 1/2 final Gent Dames (s)3:0 (e)3:0 2-0 Final Azəryol Bakı (s)3:2 (e)2:3 (e)1:0 2-1 2012/2013 CEV Çempionlar Liqası Qrup mər Srvena Zvezda (s)3:2 (e)3:0 2-0 Qrup mər Dinamo Moskva (e)3:0 (s)2:3 1-1 Qrup mər Fakro Muszyna (s)3:1 (e)3:2 2-0 1/6 final Azərreyl (s)0:3 (e)0:3 0-2 2013/2014 CEV Kuboku 1/16 final Kralovo Pole (e)3:0 (s)3:0 2-0 1/8 final Hapoel Kfar Saba (e)3:0 (s)3:0 2-0 1/4 final Muszyna (s)0:3 (e)2:3 0-2 2014/2015 CEV Kuboku 1/16 final Rote Raben (s)3:0 (e)3:1 2-0 1/8 final Srvena Zvezda (s)3:0 (e)3:1 2-0 1/4 final Dinamo Krasnodar (e)3:0 (s)0:3 (s)0:1 1-2 2015/2016 CEV Çempionlar Liqası Qrup mər Dinamo Kazan (s)1:3 (e)3:0 1-1 Qrup mər Azərreyl (e)3:1 (s)3:1 2-0 Qrup mər Allianz Stuttgart (e)3:0 (s)1:3 1-1 1/6 final Voléro Zürichl (e)3:2 (s)1:3 1-1
