Almanlar
Almanlar (Almanca: die Deutschen) — qədim germanlardan əmələ gələn xalq, Almaniya, Avstriya, İsveçrə və Lixtenşteynin əsas əhalisi. Ümumi sayları təxminən 140 milyondur. Bundan başqa Amerika Birləşmiş Ştatlarında, Rusiyada, Braziliyada, Qazaxıstanda və s. ölkələrdə yaşayan və almanca danışmayan əhali də etnik baxımıdan alman sayılır. Bir etnos kimi almanlar bugünkü Almaniya, Avstriya və qonşu ərazilərdə formalaşıblar. Almanların əcdadı olan german tayfaları e.ə. V əsrdə Skandinaviyadan enib eramızın I əsrinə qədər bu əraziləri ələ almışdılar və burada keltlərlə, slavyanlarla və Ural tayfaları ilə qarışmışdılar. Halbuki Deutsche ("alman") adı etnik mənada ilk dəfə XV əsrdə Müqəddəs Roma imperiyası dövründə işlənmişdir. İmperiyanın dağılmasından və 1870-ci ildə kiçik alman əmirliklərin birləşib vahid Almaniya dövləti olmasından sonra almanlar tamamilə formalaşmış xalqa çevrilirlər. Orta əsrlərdən başlayaraq ta XX əsrin ortalarınadək almanlar fəal mühacirət proseslərinə cəlb olunmuşdular. XX əsrin ilk yarısında onlar artıq Mərkəzi Avropada, Şimali və Cənubi Amerikada, Böyük Britaniyada, Rusiyada, Ukraynada (həmçinin Krımda), Baltikyanı dövlətlərdə, Qafqazda və Orta Asiyada məskən salmışdılar. 1940-cı illərdə HitlerAlmaniyasının (Üçüncü Reyx) faşist siyasəti aparmasına görə Sovet İttifaqının Avropa hissəsində yaşayan almanların əksəriyyəti Qazaxıstana və Sibirə sürgün edildi. Mərkəzi Avropada yaşayan almanların çoxu isə Almaniyaya köçmək məcbur oldu. 1517-ci ildə başlayan reformasiya almanları dini baxımından bir-birindən ayırdı. Bu gün onların əksəriyyəti ya etirazçı (protestant) ya da aləmi (katolik) məsihiliyə etiqad edir. Martin Lüter, Lüdviq van Bethoven, Otto fon Bismark, Albert Eynşteyn, Angela Merkel, Henrix Hers Ümumi sayı 140 000 000 Yaşadığı ərazilər Almaniya 75 000 000 ABŞ 30.000.000 Braziliya 3 000 000 Kanada 2 000 000 Argentina 2 800 000 Avstraliya 2 000 000 Fransa 1 500 000 Rusiya 394 138 (2010) Qazaxıstan 180 832 (2012) Çili 70 000 Ukrayna 33 302 (2001) Azərbaycan 1200 Dili Dini Qohum xalqlar Mündəricat
