Alisa möcüzələr ölkəsində (film, 1999)
Alisa möcüzələr ölkəsində və ya Alisa möcüzələr diyarında (ing.Alice in Wonderland) — 1999-cu ildə istehsal olunmuş televiziya filmidir. Film Luis Kerrollun "Alisa möcüzələr ölkəsində" və "Alisa güzgü arxasında" əsərləri əsasında hazırlanmışdır. Filmin rejissoru Nik Uillinqdir. Film bir çox mükafat və nominasiyalara layiq görülmüşdür. Filmdə Tina Macorino, Riçard Kumbs, Ken Todd, Vupi Qoldberq, Ven Kinqsli, Ceyson Birn, Robbi Koltreyn, Corc Vendt, Cin Uaylder, Kristofer Lloyd, Miranda Riçardson və başqaları iştirak edirlər. Film 12 mart 2010-cu ildə DVD disklərdə satışa çıxarılmışdır. Filmin büdcəsi qiymətləndirməylə $21 milyon dollardır. Alisa otağında "Yetişmiş albalı" (ing.Cherry Ripe) mahnısını bağa qonaq gələn tamaşaçılar qarşısında ifa etmək üçün hazırlaşır. Bu qonaqlar möcüzələr ölkəsinin personajlarıdır. Sadəcə, onların əsl kimliyi həmin möcüzələr ölkəsində açılır. Həmçinin, Alisanın otağındakı oyuncaqlar da möcüzələr ölkəsində yaşayan insanların vəziyyətini əks etdirir). Lakin o qəfil səhnədəki qonaqlardan qorxur və meşəyə qaçır. Burada ağacdan bir alma aşağı düşməyə başlayır. Bu alma sanki Alisanın üzünə parlayır. Birdən ağacların yanından insan boyda olan Ağ Dovşan çıxıb qaçır. Ağ Dovşan elə qaçır ki, sanki harasa tələsir. Onun əlində saat olur. Bu da Alisanın marağına səbəb olur. Alisa da onun ardınca qaçır. Beləliklə, Alisa Ağ Dovşanın ardınca qaçaraq "Möcüzələr ölkəsinə"nə düşür. Alisa "Möcüzələr ölkəsi"də səyahət etməyə başlayır. Bu zaman müxtəlif insanların həyatı və problemləri ilə qarşılaşır. Alisanın boyu "Möcüzələr ölkəsi"nə daxil olan zaman normal qalır. Lakin elə də böyük olmayan bağa açılan qapıdan keçən zaman Alisanın boyu kiçilir. Alisanın göz yaşlarını görən Cənab Siçan və onun dostları ona kömək etməyə başlayır. Sonra Alisa Ağ Dovşana rast gəlir. Otaqda şüşə qabda mayeli su içir. Qabın üzərində "İç Məni" yazılmışdır. Bu zaman Alisa həddindən artıq böyüməyə başlayır. Ağ Dovşan və onun bağbanları Pet ilə Vill Alisaya kömək etməyə başlayırlar. Lakin yenədə Alisa kiçilməyə başlayır. Alisa Meşədə azaraq mayor Keterpiller ilə rastlaşır. Keterpiller ona kiçilməzdən əvvəl qorxmamağı tapşırır. Alisa göbələyin hissələrini ilə qidalanaraq böyüməyə başlayır. Bu zaman Alisanın boyu normal hala düşür. Alisa yenidən səyahətini davam etdirir. Manor Evi adlanan yerdə qadın musiqi Hersoqu ilə rastlaşır. Alisa körpəni əlinə alır. Lakin əlindəki körpə tədricən donuza dönür. Alisa onu yerə buraxır. Çeşir pişiyi ona Dəlisov Papaqçı və onun dostları Mart Pişiyi ilə Sonyanın yanına getməyi məsləhət görür. Alisa "Trio" ilə görüşən zaman səhnədə qorxmağı necə dəf etmək müzakirəyə qoyulur. Dəlisov Papaqçı stolunu üzərinə hoppanır. Bu işi Dəlisov Papaqçı "Qırmızıtoxmaq Kraliça"nın konsetində görmüşdür. Alisa səhnəyə çıxan zaman Dəlisov Papaqçı və Mart Pişiyi qabları sındırmağa başlayır. Alisa kiçik qapıdan gəlir. Alisa Qırmızıtoxmaq Kraliçaya məxsus Labirintə düşür. "Qırmızıtoxmaq Kraliça" Alisanı qəribə Kroket oyununa dəvət edir. Lakin "Qırmızıtoxmaq Kraliça"nın insanlara qarşı münasibəti və onların edam etdirməyə məhkum olmaları, Alisanın xoşuna gəlmir. Çeşir pişiyinin başı gözlənilmədən görünməyə başlayır. Qadın Hersoqu Kinqin sualına cavam vermək üçün gəlir ki, pişiyin kimə məxsus olmasını tapsın. Lakin Çeşir pişiyi gözdən itir. Alisa Kroket oyununu tərk edir. Alisa macəralarını davam etdirərək, Qrifon və Sınaq Tısbağası ilə rastlaşır. Sınaq Tısbağası ona oxumağı öyrədir. Əvvəlcə "Xərçəng Kuadrill" (ing.The Lobster Quadrille) mahnısını tək ifa edir. Ardınca isə Alisa onunla ilə birgə "Gözəl şorba" (ing.Beautiful Soup) mahnısını ifa etməyə başlayır. Alisa onlardan məmnun qalaraq, buranı tərk edir. Alisa buranı tərk etdikdən sonra Ağ Cəngavər ilə rastlaşır. Ağ Cəngavər ona ixtiralarından danışır və ona mərd olması bildirir. Alisa səyahətini davam etdirərək güllərlə qarşılaşır. Onların sırasında ən dərrakəli Pələng-Lili olur. Onların arasında bir çox dələduz itburnu və çoxilli qızçiçəkləri olur. Alisa Pələng-Lilidən meşədən çıxmaq üçün hara getməyini soruşur. Bu zaman bütün güllər ona müxtəlif istiqamət göstərir. Alisa onların sözlərinə qulaq asmayaraq, yoluna davam edir. Alisa bu dəfə Tvidli Dam və Tvidli Di ilə rastlaşır. Bir müddət sonra onları arasında mübahisə baş verir və onlar bir-biri ilə mübarizə aparmağa başlayırlar. Tvidli Dam və Tvidli Di zədə almamaları üçün onlar cəngavər paltarı geyinirlər. Lakin bu geyimlər ağır olduğundan onlar tez bir zamanda yorulurlar. Bu zaman burulğan yaranır və onlar buranı tərk edirlər. Alisa da burulğandan xilas olmaq üçün buranı tərk etmək məcburiyyətində qalır. Ardınca Alisanı məhkəməyə çağırırlar. Məhkəmədə "Ürəklər Valeti"nin Kraliça Piroqlarını oğurlaması mühakiməsi aparılır. Şahid kimi Dəlisov Papaqçı və onun dostları dəvət olunur. Lakin Kraliçanın Piroqlarını başqası oğurlamışdır. Bunu sübut edən dəlil yoxdur. Alisa məhkəmə qarşısına çıxarılır. Bu zaman Alisa həminki kimi göbələyin hissələrini yeyərək daha da böyüməyə başlayır. Alisa kraliçanı və kralı tənqid etməyə başlayır. Alisa saxlanılan şəxsin günahkar olmadığını və piroqların yerində olduğunu bildirir. Ağ Dovşan başqalarının fikrinin ona lazım olub-olmadığını və həqiqətən, qərarında əmin olması barəsində ona iki sual verir. Alisa ilk suala "xeyr, nə vaxt ki, mən haqlıyam", digər suala "Bəli, mən əminəm" cavabını verir. Bu zaman Ağ Dovşan Alisaya "Onda biz sənə artıq lazım deyilik" deyərək, Alisanı geri qayıdır. Alisa əvvəlki kimi ağacdan almanın yerə düşdüyünü görür. Evə geri qayıdan zaman Alisa mahnını həvəslə valideynlərinin və onların qonaqların qarşısında oxumağa başlayır. Lakin ifa edəcəyi mahnının əvəzində "Xərçəng Kuadrill" mahnısını oxuyur. Bu mahnı əvvəlki mahnıdan da maraqlı olur. Qonaqlar bu mahnını bəyənərək onu alqışlamağa başlayırlar. Bu zaman Alisa Çeşir pişiyinin də sevindiyini görür. Qarşılıqlı olaraq Alisanın simasında təbəssüm yaranır. Filmin məzmunu Luis Kerrolun "Alisa möcüzələr ölkəsində" və "Alisa güzgü arxasında" əsərlərinin məzmununa yaxın yaradılmışdır. Film üçün xüsusi effektlər "London animasiya studiyası Framestore CFC" tərəfindən yaradılmışdır. Filmdəki bütün oyuncaqlar ABŞ-ın xüsusi vizual effektlər hazırlayan «Jim Henson’s Creature Shop» adlı kompaniyası tərəfindən hazırlanmışdır. Filmdə təxminən 875 vizual effektdən istifadə edilmişdir. Filmdəki qəhrəmanların obrazı Luis Kerrolun "Alisa möcüzələr ölkəsində" və "Alisa güzgü arxasında" əsərlərinin ilk illüstratoru olan ingilis rəssamı Con Tennielin (ing.John Tenniel) illüstrasiyası əsasında yaradılmışdır. Aşağıdakı cədvəldə 1999-cu ildə çəkilən "Alisa möcüzələr ölkəsində" filminin bütün saundtrekləri göstərilmişdir: Bütün mahnılar Riçard Hartli tərəfindən yazılmış və bəstələnmişdir. Alisa möcüzələr ölkəsində ing.Alice in Wonderland Janr Macəra filmi Rejissor Nik Uillinq Prodüser Riçard Holl-kiçik
Riçard Holl-böyük
Dayson Lovell
Kris TompsonSsenari müəllifi Kitab:
Luis Kerroll
Uyğunlaşdıran:
Piter BarnsBaş rollarda Tina Macorino
Vupi Qoldberq
Martin Şort
Robbi Koltreyn
Kristofer Lloyd
Cin Uaylder
Miranda RiçardsonOperator Stefan Lanc
Cillz NatqensBəstəkar Riçard Hartli Rəssam Rocer Holl
Rozalind Şinqlton
Alan Tomkins
Çarlz Noud
Karen Bruksİstehsalçı Hallmark Entertainment İlk baxış tarixi 28 fevral 1999 Filmin növü Macəra filmi Rəng Rəngli Vaxt 150 dəqiqə Büdcə $21 milyon Ölkə Böyük Britaniya
ABŞ
AlmaniyaDil İngilis dili İl 1999 IMDb ID 0164993 Mündəricat
Aktyor/aktrisa Rol Qeydlər Tina Macorino Alisa Əsərin baş qəhrəmanı Vupi Qoldberq Çeşir pişiyi Alisaya "Möcüzələr ölkəsi"nin bir sıra qanunlarını başa salır. Kiran Şah Ağ Dovşan Riçard Kumbs Ağ Dovşan Ken Todd Cənab Siçan Miranda Riçardson Qırmızıtoxmaq Kraliça Martin Şort Dəlisov Papaqçı Cin Uaylder Sınaq Tısbağası Kristofer Lloyd Ağ Cəngavər Robbi Koltreyn Tvidli Dam Corc Vendt Tvidli Di Ken Dodd Cənab Siçan Ben Kinqsli Mayor Keterpiller Cerard Naprous Qara Kral Ceyson Birn Pet Cerard Naprous Ürəklər Valeti Ser Cek və ya Ked Donald Sinden Qrifon Qrifon personajını səsləndirən Elizabet Briqqs musiqi Hersoqu Coanna Lamli Pələng-Lili Meri Heli rolu yoxdur Dayə Cenin Ezer rolu yoxdur Alisanın anası Ceremi Brudenell rolu yoxdur Alisanın atası Conatan Broadbent rolu yoxdur Krallığın bağbanı #1 Metyu Sim rolu yoxdur Krallığın bağbanı #2 Kristofer Ryan Kris Ryan Krallığın bağbanı #3
1999-cu ildə çıxan bonus-treklər № Başlıq Müddət 1. Prologue / Cherry Ripe 0:49 2. Main Title 3:08 3. Rabbit Hole 2:07 4. Round House 3:40 5. Swimming In Tears 2:09 6. What Am I Going To Talk About 0:51 7. The Caucus Race 1:24 8. The Prizegiving 1:10 9. Mr. Rabbit's House 2:24 10. Pat 0:16 11. Bill 3:24 12. Tiny Cakes 2:20 13. Caterpillar 1:29 14. You're Old Father William 1:44 15. Magic Mushrooms 0:51 16. Wow Wow Wow 1:33 17. Little Pig 0:39 18. The Blossom Tree 0:56 19. Meet Hatter and Hare 2:55 20. Auntie's Wooden Leg 0:43 21. Twinkle Twinkle 1:04 22. The Trackle Well 2:47 23. Alice Leaves The Tea Party 2:55 24. Queen's March 0:53 25. Croquet March 2:20 26. No Thanks To You 0:50 27. The Dutchess Reappears 1:31 28. The Griffins Grotto 1:28 29. Will You Won't You Join The Dance 1:52 30. Beautiful Soup 2:30 31. Into The Book 2:08 32. The Red Knight Leaves 1:17 33. The White Knight 1:55 34. Flowers To The Tweedles 1:53 35. Tweedles Fight 1:09 36. The Walrus And The Carpenter 4:00 37. The Monstrous Crow 1:13 38. Twinkle Twinkle Little Gnat 0:18 39. Waking Up 1:59 40. Will You Won't You Join The Dance 1:07 69:41 Ölkə Çıxış tarixi Adı Dil Qeydlər ABŞ 28 fevral 1999 Alice in Wonderland İngilis dili Portuqaliya 2 may 1999 Alice no País das Maravilhas Portuqal dili Almaniya 23 may 1999 Alice im Wunderland Alman dili Avstraliya 13 avqust 1999 Alice in Wonderland İngilis dili Böyük Britaniya 23 aprel 2000 Alice in Wonderland İngilis dili Fransa 24 dekabr 1994 Alice au pays des merveilles Fransız dili Yaponiya 14 noyabr 2000 Alice in Wonderland Yapon dili Video premyera Finlandiya 30 yanvar 2002 Liisa ihmemaassa Fin dili DVD premyera Macarıstan Rəsmi çıxış tarixi yoxdur Alice csodaországban Macar dili İspaniya Rəsmi çıxış tarixi yoxdur Alicia en el país de las maravillas İspan dili İtaliya Rəsmi çıxış tarixi yoxdur Alice nel paese delle meraviglie İtalyan dili Polşa Rəsmi çıxış tarixi yoxdur Alicja w Krainie Czarów Polyak dili Yunanıstan Rəsmi çıxış tarixi yoxdur I Aliki stin hora ton thavmaton Yunan dili Ölkə Kanal ABŞ NBC Böyük Britaniya Channel 4 İspaniya Tele5 Polşa KidsCo "Kino" portalı Vikisitatda Alisa möcüzələr ölkəsində (film, 1999) ilə əlaqədar sitatlar var.
