Adil Adilzadə
Adil Kamran oğlu Adilzadə (d. 17 aprel 1993; Mingəçevir, Azərbaycan - ö. 2 aprel 2016; Tərtər, Azərbaycan) — Azərbaycan Ordusunun kiçik çavuşu, 2016-ci ilin 2-4 aprelində Dağlıq Qarabağ istiqamətində olan döyüşlərdə dünyasını dəyişmişdir.Adil Adilzadə Şəxsi məlumatlar Doğum tarixi Doğum yeri Mingəçevir, Azərbaycan Vəfat tarixi (22 yaşında) Vəfat yeri Tərtər, Azərbaycan Dəfn yeri Mingəçevir, Azərbaycan Vətəndaşlığı Azərbaycan Hərbi fəaliyyəti Mənsubiyyəti Silahlı Qüvvələr Qoşun növü Quru Qoşunları Xidmət illəri 2016 Rütbə Döyüşlər Aprel döyüşləri (2016) Təltifləri Mündəricat
Adil Adilzadə 1993-cü il aprelin 17-də Mingəçevir şəhərində anadan olub. O, subay idi.
Adil Adilzadə Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu idi. O, 2016-c ilin 2-4 aprelində Dağlıq Qarabağ istiqamətində olan şiddətli döyüşlər zamanı dünyasını dəyişib.
Aprelin 11-də Adil Adilzadə, doğulduğu Mingəçevir şəhərində, Şəhidlər Xiyabanında dəfn olundu. Onunla vida mərasiminə Mingəçevir şəhər İH nümayəndələri, Azərbaycan Ordusunun zabitləri qatıldı.
- “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı (2016) — Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə görə. (ölümündən sonra)
- . www.yeniavaz.com ((azərb.)). 12.04.2017. 20.07.2020 tarixində . İstifadə tarixi: 20.07.2020.
