Əsəd İsgəndərov
Əsəd Bəybala oğlu İsgəndərov (27 oktyabr 1990; Göygöl rayonu, Azərbaycan SSR — 2 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsinin şəhidi. Əsəd İsgəndərov Şəxsi məlumatlar Doğum tarixi Doğum yeri Topalhəsənli, Göygöl, AzSSR Vəfat tarixi (29 yaşında) Vəfat yeri Füzuli rayonu, Azərbaycan Vətəndaşlığı Azərbaycan Hərbi fəaliyyəti Mənsubiyyəti Azərbaycan Ordusu Qoşun növü Quru Qoşunları Xidmət illəri 2020 Rütbə Döyüşlər Vətən müharibəsi
• Füzuli döyüşləriTəltifləri 20202020 Mündəricat
Əsəd İsgəndərov 1990-cı il oktyabrın 27-də Xanlar rayonunun Topalhəsənli kəndində anadan olub.
Azərbaycan Ordusunun giziri olan Əsəd İsgəndərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əsəd İsgəndərov oktyabrın 2-də Füzuli döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əsəd İsgəndərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əsəd İsgəndərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
- (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
- Müdafiə Nazirliyi (22.01.2021). (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (azərb.). 2021-01-22 tarixində (PDF). İstifadə tarixi: 22.01.2021.
- Azərbaycan Prezidentinin saytı (15.12.2020). . www.president.az ((azərb.)). 2020-12-15 tarixində . İstifadə tarixi: 15.12.2020.
- Azərbaycan Prezidentinin saytı (25.12.2020). . www.president.az ((azərb.)). 2020-12-25 tarixində . İstifadə tarixi: 25.12.2020.
- Normativ hüquqi sənədlərin vahid internet bazası (15.12.2020). . www.e-qanun.az ((azərb.)). 2020-12-15 tarixində . İstifadə tarixi: 15.12.2020.
- Normativ hüquqi sənədlərin vahid internet bazası (25.12.2020). . www.e-qanun.az ((azərb.)). 2020-12-25 tarixində . İstifadə tarixi: 25.12.2020.
