Şahrux Xan
Şahrux Xan (ing.Shahrukh Khan, hind. शाहरुख़ ख़ान; 2 noyabr 1965, Yeni Dehli, Hindistan) — daha çox Şah Rux Xan, rəsmi olaraq SRK kimi tanınan məşhur Hindistan film aktyoru. Mediada tez-tez Bollivudun Padşahı, Kral Xan, Romantikanın Kralı və Bollivudun kralı kimi tanınan Şahrux Xan romantik dram janrından tutmuş hərəkət trilleri janrına kimi olan 80-dən çox filmdə rol almışdır. O töhfələri ilə kino istehsalında çoxlu nailliyyətlər, o cümlədən 14 Filmfare Mükafatı əldə etmişdir. 2005-ci ildə isə Hindistan Hökuməti tərəfindən verilən Hindistanın dördüncü ən yüksək mülki mükafatı hesab olunan Padma Şri mükafatına, Fransa Hökuməti tərəfindən verilən Fransanın ikinci dərəcəli mükafatı hesab olunan İncəsənət və Ədəbiyyat ordeni və dördüncü dərəcəli mükafat olan Fəxri Legion Cəngavəri mükafatına layiq görülüb. Xan, Asiya və Hindistan diasporası tərəfindən xüsusilə izlənilir. Tamaşaçı kütləsi və gəlir baxımından dünyanın ən uğurlu film ulduzlarından biri kimi hesab olunur. Xan, öz karyerasına 1980-ci illərin sonunda bir neçə televiziya serialı ilə başlayıb. 1992-ci ildə Dəlisov məhəbbət (Deewana) filmi ilə Hind dilli film sahəsində debüt etmişdir. Karyerasının erkən vaxtlarında Qorxu (Darr-1993), Qumarbaz (Baazigar-1993), Qisas (Anjaam-1994) kimi filmlərdə ənənəvi olmayan mənfi rolları ilə tanındı. O Cəsur ürək gəlini aparar (Dilwale Dulhaniya Le Jayenge-1995), Bu ürək dəlidir (Dil To pagal Hai-1997), Nəsə baş verir (Kuch Kuch Hota Hai-1998) Aşiqlər (Mohabbatein-2000) və Həm sevincdə, həm kədərdə (Kabhi Khushi Kabhie Gham...-2001) kimi filmlərdə oynadığı romantik rolları ilə məşhurluq qazanır. Xan, 2002-ci ildə Devdas filmindəki alkaqolçu obrazına görə tənqidi rəğbət qazanır. Xan? sonralar 2004-cü ildə Vətən (Swades) filmindəki roluna görə NASA aliminin tənqidi qiymətini qazanır. 2007-ci ildə İrəli, Hindistan (Chakde India) filmində xokkey məşqçisi və 2010-cu ildə Mənim adım Xandır (My Name is Khan) filmində isə Asperger sindromu obrazını canlandırır. Onun filmoqrafiyasına yüksək gəlirli Çennay ekspresi (Chennai Express-2013), Yeni iliniz mübarək (Happy New Year-2014), Böyük ürəkli (Dilwale-2015) komediya filmləri və Rəis (Raess-2017) kriminal filmi daxildir. Filmlərin çoxunda Hindistanın kimliyi, diaspor cəmiyyəti ilə əlaqə və ya cinsiyyət, irqi, sosial və dini fərqlər və şikayət mövzuları nümayiş etdirilir. 2015-ci ildən etibarən Xan, Red Chillies Entertainment kinofilm istehsalı və paylaşdırma şirkəti və onun törəmə şirkətlərinin həmsədridir. O həmçinin Hindistan Premyer Liqasında iştirak edən Kolkata Knight Riders kriket komandasının və Karib Premyer Liqasında iştirak edən Trinbago Knight Riders komandasının şərikli sahibidir. Aktyor tez-tez səhnə aparıcısı və səhnə şou ifaçısı kimi çıxış edir. Müxtəlif marka bəyənilməsinə və sahibkarlıq işlərinə görə tez-tez mediada “SRK Marka”sı kimi göstərilir. Xan, xeyriyyə səyləri ilə səhiyyəyə və fəlakət bölgələrinə ianələr edir və 2011-ci ildə uşaqların təhsilinə verdiyi dəstəyə görə UNESCO tərəfindən Pyramide con Marni mükafatına və Hindistanda qadın və uşaq hüquqlarının qorunmasındakı liderliyinə görə 2018-ci ildə Dünya İqtisadi Forumu tərəfindən Crystal Award mükafatına layiq görülür. O, mütəmadi olaraq Hindistan mədəniyyətinin ən nüfuzlu şəxslərinin siyahılarında yer alır və 2008-ci ildə Newsweek onu dünyanın ən güclü əlli adamından biri olaraq adlandırır. Şahrux Xan 2 noyabr 1965-ci ildə səhər saat 06:25-də Hindistanın paytaxtı olan Yeni Dehlidə müsəlman ailəsində dünyaya göz açmışdır. Onun atası Tac Məhəmməd Xan Pathan, Britaniya Hindistanı, Pişavar-dan olan Hindistan müstəqillik aktivistlərinin üzvlərindən biri idi. Xana görə onun ata tərəfdən olan babası mənşəcə Əfqanıstanlı olub. Onun anası Lətif Fatimə Hindistan Milli Ordusunda xidmət etmiş Cancua Racput qəbiləsindən olan General Mayor Şah Navaz Xanın qızı olub. Xanın atası Hindistanın parçalamasından əvvəl Pişavarda yerləşən Qissa Khawani Bazaar-dan Yeni Dehliyə gəldi. Şahrux öz mənşəsi barədə Tvitterdə özünü belə təsvir etdi: "Mən yarı Heydərabad (ana), yarı Puştun (ata) bölgəsindənəm, bəzi tərəfim isə Kəşmirdəndir (nənə)..." Onun 15 yaşı olanda atası xərçəng xəstəliyindən dünyasını dəyişdi. Anası isə xəstəliyi böyüyəndən sonra 1990-cı ildə dünyasını dəyişdi. Xan uşaq kimi valideynlərinə bağlı idi. Atasının ölümündən sonra bacısı Şahnaz Lalarux Xan psixi problemlər keçirmişdir. Sonradan Şahrux onu Almaniya kimi ölkələrdə müalicə etdirsə də verdiyi müsahibələrin birində bacısının bəzən anlaşılmaz hərəkətlər etdiyini bildirmişdi. Şahrux öz bacısını çox sevir və həmişə bacısının ona anasını xatırlatdığını söyləyir. Şahnaz Lalarux qardaşı ilə birlikdə Mannat malikanəsində yaşayır. Xan öz atasının ölümünü belə təsvir edir:"atam sonuncu dəqiqələrini yaşayırdı. Anam və mən sakitcə onun başının üstündə dayanmışdıq. Mənim ona dərman almaq üçün pulum yox idi. Əlimdən heç nə gəlmirdi,sakitcə onun ölümünü izləməkdən başqa. Bacım atamın cansız bədənini görəndə huşunu itirdi" Valideynlərinin ölümündən sonra Xan Mumbaya gəlir. O, burada ağır günlər keçirir. Müxtəlif işlərdə çalışır,bəzən dostlarının evində qalır,bəzən isə skamyaların üzərində yatır. Xan valideynləri haqda danışarkən bildirib:...Fikrimcə, mənim valideynlərim haradasa bir ulduzda oturub və oradan oğllarına baxarırlar".Xanın içində valideynlərinin şəkli olan medalyonu var,hansı ki, bu medalyonu Rais filminin çəkilişlərində yaratdığı obrazın xüsusi özəlliyi kimi istifadə edilirdi. Xanın yoldaşı ilə tanışlığı da fərqli olub. 19 yaşlı Xan yoldaşı ilə ortaq dostlarının şənliyində görüşüblər. Xan müsahibədə Qaurinin onun yeganə sevgilisi olduğunu söyləyir. Şənlikdə utanaraq Qaurini rəqsə dəvət edir. O zaman Qaurinin 15 yaşı var idi. 8 il görüşdükdən sonra onlar evlənirlər. Əvvəl Qaurinin ailəsi bu evliliyə qarşı çıxır. Çünki Qauri induist idi, ailəsi isə onun müsəlmanla evlənməyini istəmirdi. Lakin sonradan onlar razılaşırlar. Ümumiyyətlə Xan Qaurinin dininə hörmət edir və həmişə qeyd edir ki, onların evində Quran induistlərin Müqəddəs Tanrısının heykəlinin yanındadır. O övladlarına din baxımdan öz seçimlərini etməkdə sərbəstlik verib. Böyük oğlu Aryan və qızı Suhana onun dinini seçib və Xan bildirib ki, qızı özünü hazır hiss etdikdə onunla birgə Həccə getməyi arzulayır. Qauri Xan həyat yoldaşının 2 filmində( 'Om Şanti Om' və 'Yeni İliniz Mübarək' filmləri) qonaq kimi dəvət edilib. 'Yeni İliniz Mübarək' filmində SRK-nın kiçik oğlu Abram da yer alıb. KONFLIKTLƏRI ---- Aishwaria Rai "Sevgi Yolları İlə" filmi üçün seçilmiş ilk aktrisa idi. Hətta filmin artıq bir neçə səhnəsi də çəkilmişdi.O illərdə gənc aktrisa aktyor Salman Xanla sevgili idi. Salman tez-tez içkili halda çəkiliş meydançasına gəlir və Aishwariani incidir, filmin çəkilişlərinə mane olurdu. Buna görə Şahrux Aishwariani filmdən çıxarır və onun yerinə baş rolda Rani Mukerji çəkilir. Bu hadisədən sonra Aishwaria Rai ilə Şahruxun münasibətləri korlanır. Həmkarlar uzun müddətdən sonra Aishwaria Rai-n "Ae Dil Hai Mushkil" filmində epizodik səhnədə birgə oynayırlar. ---Məşhur aktrisa Priyanka Chopranın Şahruxla baş rolunu paylaşdığı "Don 2" filminin çəkilişləri bitdikdən sonra iki həmkar arasında eşq yaşandığı haqda yalan məlumatlar yayılmağa başlayıb. Heç bir tərəf bu haqda məlumat verməyib. Bu xəbərin yayılma səbəbi isə Priyanka Chopranın verdiyi müsahibədə geyindiyi kurtkanın keşmiş sevgilisinin ona bağışladığını söyləməsi olub. Beləki müsahibə yayıldıqdan sonra Xanın fanatları dəfələrlə bunun Xana aid olduğunu təsdiqləyiblər. Bu mübahisəli məsələdən sonra həmkarlar artıq bir yerdə heç bir tədbirlərə qatılmırlar. Priyankanın verdiyi müsahibənin Xana heç bir aidiyyatı olmadığı bildirilsə də halhazırda belə qalmaqal Bollywoodun ən qaynar mövzularından sayılır. --- 2011-ci ildə "Mənim adım Xandır" filmi ilə bağlı Amerikaya gedərkən Xan problemlə üzləşib. Məşhur aktyoru soyadı "Xan" olduğu üçün saatlarla nəzarətdə saxlayıblar. 11 sentyabr hadisələrindən sonra aeraportda təhlükəsizliklə əlaqədar olaraq Xanın saxlanıldığı bildirilsə də bu əsassız səbəb olub. "Müsəlman olduğum üçün və soyadım Xan olduğu üçün məni saxladılar və dəfələrlə soruşmağıma baxmayaraq nə üçün saxlanıldığımı söyləmədilər" -deyə Xan müsahibəsində deyib və bildiribki bu yeganə hal deyil, bundan öncə də onu iki dəfə aeraportda saxlayıblar. Sonradan ABŞ hökuməti məsələylə bağlı Xandan üzr istəyib. ---"Rais" filminin qadın baş rolunda oynayan Mahira Xan pakistanlıdır. Filmin çəkilişləri zamanı Hindistan ərazisindən terror təhlükəsi ilə əlaqədar bütün pakistanlılar kənarlaşdırılıb,eləcə də Mahira Xan. Film yayımlandıqda isə filmi bir neçə ştatda baykot ediblər. Səbəb isə baş rola pakistanlı qadının çəkilməsi olub. Aktrisanı digər hindli aktrisalarla (Deepika Podukone, Katrina Kaiflə və s. ilə) müqayisə etməyə başladıqda Xan Mahiranın müdafiəsinə qalxıb və onun digərlərindən heç bir fərqi olmadığını, Mahiranın istedadlı və gözəl aktrisa olduğunu bildirib. Şahrux Xan ilk aktyorluq debütünü 1988-ci ildə etmiş və bir neçə televiziya serialında çəkilmişdir. Kino fəaliyyətinə isə Bollivud adlandırılan Mumbay şəhərinə gəldikdən sonra başlamışdır. İlk rolunu 1992-ci ildə "Dəlisov məhəbbət" filmində ifa edir. Bu filmdəki roluna görə Şahrux Xan Hindistanın ən məşhur kino jurnalı olan "Filmfare" tərəfindən "Ən Yaxşı Debütə görə" mükafatını almışdır. 1993-cü ildə eyni vaxtda iki filmdə - "Qorxu altında həyat" və "Qumarbaz" filmlərində mənfi obrazlar yaratmışdır. İkinci filmdə ifa etdiyi Viki Malhotra rolundan sonra Ən Yaxşı Baş Rola görə yenidən "Filmfare" kino jurnalının mükafafatına layiq görülür. Növbəti mükafatını 1995-ci ildə Kacol Devqanla çəkildiyi "Cəsur ürək gəlini aparar" filmində ifa etdiyi Rac roluna görə alır. Bu film kinoteatrlarda 12 milyard rupi qazanmışdır və bununla Hindistan kino tarixində ən böyük kassa gəliri olan film hesab olunur. Uğurlu rolları Şahrux Xanı məşhur kino aktyoruna çevirdi. Bəzən o, bir ildə 5-6 filmə dəvət alırdı. Nəticədə o, "Bollivudun Kralı" adını alır. Şahrux Xan hal-hazırda Bollivudun ən çox mükafat alan aktyorudur. Şahrux Xan Bollivudun məşhur qadın aktrisalarından olan Kacolla müxtəlif filmlərə çəkilmişdir. Həmin filmlər o qədər sevilmişdir ki, Şahrux Xan və Kacol Hindistanın ən çox sevilən cütlüyünə çevrilmişdir.Hətta onlar buna görə "Ən yaxşı cütlük" mükafatını almışlar. 2007-ci ildə əvvəllər Amitabh Baççanın apardığı "Milyonçu" teleoyununun aparıcısı olmuşdur. 2008-ci ilin aprelində isə "Kim 5-ci sinif şagirdindən ağıllıdır?" teleoyununun hind versiyasının aparıcılığını etmişdir. 2011-ci ildə o Hindistandakı 'Wipeout' verilişinin də aparıcılığını etmişdir. İndiyə qədər 80-ə yaxın filmdə çəkilmişdir. Xan 1999-cu ildə Cuhi Çavla və rejissor Əziz Mirzə ilə birlikdə Dreamz Unlimited adlanan şirkəti quranda o şirkəti prodüser olaraq yönləndirirdi. 2004-cü ildə isə həyat yoldaşı Qauri ilə birlikdə Red Chillies Entertainment şirkətini yaradıb. O birinci şirkəti ilə üç film istehsal etdi; Amma ürəyim hələ də Hindistanlıdır (Phir bhi dil hai Hindustani) - 2000-ci ildə Cuhi Çavla ilə birlikdə oynadığı və Əziz Mirzənin rejissorluq etdiyi bu film kritik və kommersiya cəhətdən uğursuz oldu. O növbəti ildə kassa gəliri elə də yüksək olmayan Asoka filmini istehsal etdi. Buna baxmayaraq film tənqidçilər tərəfindən müsbət qarşılandı və bu film üçün Filmfare Ən Yaxşı Film Mükafatı təyin olundu. Onun prodüser və ulduz kimi rol adlığı üçüncü filmi olan Gəzmək gəzmək (Chalte Chalte) filminin kassa gəliri kifayət qədər yüksək oldu. Mükafatı Şahrux Xan ing.Shahrukh Khan Digər adları Kral Xan
SRK
Bollivudun Kralı
(King of Bollywood)
Bollivudun Padşahı
(The Badshah of Bollywood)Doğum tarixi (55 yaş) Doğum yeri Yeni Dehli, Hindistan Vətəndaşlığı Hindistan Həyat yoldaşı Qauri Xan Uşaqları Aryan Xan, Abram Xan və Suhana Xan Atası Tac Məhəmməd Xan Anası Fatimə Xan Fəaliyyəti Aktyor, prodüser, televiziya aparıcısı Fəaliyyət illəri 1988-günümüz Təhsili Boyu 1,77 m IMDb ID 0451321 Vikianbarda əlaqəli mediafayllar Mündəricat
--- Aktrisa Katrina Kaif-in doğum günü şənliyində aktyor Salman Xanla Şahrux arasında mübahisə yaranır. Mübahisədən sonra hər iki Xan arasındakı mübahisəli münasibət 5 il müddətində davam edir. Halhazırda iki aktyor arasında çox gözəl münasibət var və Şahrux Salmanı "qardaş" adlandırır. Aktyorluq etdiyi filmlər
İl Film Filmin orijinal adı Rolu Qeydlər 1992 Dəlisov məhəbbət Deewana Raca Sahay Filmfare Ən Yaxşı Debüt İdiot Idiot Pavan Raqhucan Möcüzə Chamatkar Sunder Şrivastava Rac bir centlmen oldu Raju Ban Gaya Gentleman Racu (Rac Mathur) Ürək həqiqəti bilir Dil Aashna Hai Karan 1993 Maya xanım Maya Memsaab Lalit Kumar İlk eşq sərxoşluğu Pehla Nasha Özü Kral əmi King Uncle Anil Bhansal Qumarbaz Baazigar Acay Şarma / Viki Malhotra Filmfare Ən Yaxşı Aktyor Qorxu Altında Həyat Darr Rahul Mehra Filmfare Ən Yaxşı Mənfi Obraz 1994 Qisas Anjaam Vicay Aqnihotri Filmfare Ən Yaxşı Mənfi Obraz Bəzən hə, bəzən yox Kabhi Haan Kabhi Naa Sunil Filmfare Ən Yaxşı Performans
Nominasiya - Filmfare Ən Yaxşı Aktyor 1995 Karan və Arcun Karan Arjun Arcun Sinq / Vicay Sevgi Dövranı Zamaana Deewana Rahul Mehra Quddu Guddu Quddu Bahadur Əzizim! Bura Hindistandır Oh Darling! Yeh Hai India! Hero Cəsur ürək gəlini aparar Dilwale Dulhania Le Jayenge Rac Malhotra Filmfare Ən Yaxşı Aktyor Tanrı bilir Ram Jaane Üç ilahi güc Trimurti Romi Sinq 1996 İngilis ser və Hindistanlı xanım English Babu Desi Mem Vikram / Hari / Qopal Mayur Arzular Chaahat Rup Rathor 1997 Kömür Koyla Şankar Bəli boss Yes Boss Rahul Coşi Nominasiya - Filmfare Ən Yaxşı Aktyor Ümidlər Puç Olduqda Pardes Arcun Saqar Bu ürək dəlidir Dil To Pagal Hai Rahul Filmfare Ən Yaxşı Aktyor 1998 Oxşar Duplicate Bablu Çaudri / Manu Dada Qəlbdən Dil Se.. Nəsə baş verir Kuch Kuch Hota Hai Rahul Xanna Filmfare Ən Yaxşı Aktyor 1999 Padşah Baadshah Rac Hera / Padşah Nominasiya - Filmfare Ən Yaxşı Komediya Rolu 2000 Amma ürəyim hələ də Hindistanlıdır Phir Bhi Dil Hai Hindustani Acay Baxşi Çılğın Josh Maks Aşiqlər Mohabbatein Rac Aryan Malhotra Filmfare Ən Yaxşı Performans
Nominasiya - Filmfare Ən Yaxşı Aktyor 2001 Qəyyum One 2 Ka 4 Arun Verma Aşoka Aśoka Aşoka Həm sevincdə, həm kədərdə Kabhi Khushi Kabhie Gham' Rahul Raiçand Nominasiya - Filmfare Ən Yaxşı Aktyor 2002 Mən səninəm sevgilim Hum Tumhare Hain Sanam Qopal Devdas Devdas Devdas Mukherci Filmfare Ən Yaxşı Aktyor 2003 Gəzmək gəzmək Chalte Chalte Rac Mathur Sabah açılacaq, yoxsa yox? (film, 2003) Kal Ho Naa Ho Aman Mathur Nominasiya - Filmfare Ən Yaxşı Aktyor 2004 Ayrılıq zamanı Yeh Lamhe Judaai Ke Duşant Mən yanındayam Main Hoon Na Mayor Ram Praşad Şarma Nominasiya - Filmfare Ən Yaxşı Aktyor Vir və Zara Veer-Zaara Vir Pratap Sinq Nominasiya - Filmfare Ən Yaxşı Aktyor Vətən Swades Mohan Bharqava Filmfare Ən Yaxşı Aktyor 2005 Tapmaca Paheli Kişenlal / Ruh 2006 Heç vaxt əlvida demə Kabhi Alvida Naa Kehna Dev Saran Nominasiya - Filmfare Ən Yaxşı Aktyor Don Don Don / Vicay Nominasiya - Filmfare Ən Yaxşı Aktyor 2007 İrəli, Hindistan Chak De! India Kabir Xan Filmfare Ən Yaxşı Aktyor Om Şanti Om) Om Shanti Om Om Prakaş Maxica / Om Kapur Nominasiya - Filmfare Ən Yaxşı Aktyor 2008 Bu cütlüyü Tanrı yaradıb Rab Ne Bana Di Jodi Surinder Sahni / Rac Nominasiya - Filmfare Ən Yaxşı Aktyor 2009 Billu (film, 2009) Billu Zahir Xan Xüsusi oyunçu 2010 Mənim adım Xandır My Name Is Khan Rizvan Xan Filmfare Ən Yaxşı Aktyor 2011 Ra.One Ra.One G.One / Şexar Subramanium Don 2 Don 2 Don Nominasiya - Filmfare Ən Yaxşı Aktyor 2012 Nə qədər ki sağam (film, 2012) Jab Tak Hai Jaan Mayor Samar Anand Nominasiya-Filmfare Ən Yaxşı Aktyor Mükafatı 2013 Çennay ekpresi Chennai Express Rahul 2014 Yeni iliniz mübarək Happy New Year Çandramohan "Çarlie" Şarma 2015 Böyük ürəkli Dilwale Rac/ Kali Nominasiya - Filmfare Ən Yaxşı Aktyor 2016 Heyran Fan Gaurav/ Aryan Khanna Nominasiya-Filmfare Ən Yaxşı Aktyor Mükafatı Ey qəlbim, çətindir Ae Dil Hai Mushkil Tahir Taliyar Khan Əziz həyat Dear Zindagi Dr. Cahangir Xan Nominasiya-Filmfare Ən Yaxşı Aktyor Mükafatı 2017 Rəis Raees Rais Alam Harri Secalla görüşəndə Jab Harry Met Sejal Harinder Sinx Nehra 2018 Sıfır Zero Bauua Sinqx 2019 Zoya fakturası (film, 2019) The Zoya Factor Ssenari müəllifi Xüsusi Kameo görünüşlü filmlər
İl Film Filmin orijinal adı Rolu Qeydlər 1993 İlk cazibədarlıq Pehla Nasha Özü Kameo 1996 Ordu Army Major Arjun Singh Kameo 1996 Dünyanın düşməni Dushman Duniya Ka Badru Xüsusi olaraq dəvət olunub 1997 Qıdıq Gudgudee Hsiao Tang Xüsusi olaraq dəvət olunub 1998 Gözlənilməzlik Achanak Özü Xüsusi olaraq dəvət olunub 2000 Qadın sirri Gaja Gamini Özü Xüsusi olaraq dəvət olunub 2000 Hər bir sevən ürək Har Dil Jo Pyar Karega Rahul Kameo 2000 Oh Tanrım Hey Ram Amjad Khan Kameo 2002 Həyat yoldaşı Saathiya Yeshwant Rao Kameo 2002 Güc Shakti: The Power Jai Singh Kameo 2005 Şahrux Xanın daxili və xarici dünyası The Inner and Outer World
of Shah Rukh Khan Özü (Bioqrafiya) Documentary directed by British-based author
and director Nasreen Munni Kabir 2005 Bəzisi şirin olacaq Kuch Meetha Ho Jaye Özü Xüsusi olaraq dəvət olunub 2005 Vaxt Kaal Xüsusi olaraq "Kaal Dhamaal" musiqisi üçün dəvət olunub 2005 Əlaqə Silsiilay Sutradhar Kameo 2006 Mən səni görürəm I See You Xüsusi olaraq "Subah Subah" musiqisi üçün dəvət olunub 2006 Fərqli Alag Xüsusi olaraq "Sabse Alag" musiqisi üçün dəvət olunub 2007 Salam balaca Heyy Babyy Rac Malhotra Special appearance in song "Mast Kalandar" 2008 Krazzy 4 Krazzy 4 Xüsusi olaraq "Break Free" musiqisi üçün dəvət olunub 2008 Ruhların başçısı Bhoothnath Aditya Şarma Xüsusi oyunçu 2008 Tale ilə əlaqər Kismat Konnection Anlatıcı 2009 Təsadüfi uğur Luck by Chance Özü Qonaq oyunçu 2010 Şahrux deyir "Sən gözəlsən" Shahrukh Bola "Khoobsurat Hai Tu" Özü Kameo görünüşü 2010 Adaxlı axtarılır Dulha Mil Gaya" Pawan Raj Gandhi (PRG) Xüsusi oyunçu 2011 Həmişə, bəzən Always Kabhi Kabhi Xüsusi olaraq "Antenna" musiqisi üçün dəvət olunub 2011 Sevgi həyatı parçalayır Love Breakups Zindagi Özü Kameo görünüşü 2016 Müşkil ürək Ae Dil Hai Mushkil Kameo görünüşü Prodüserlik etdiyi filmlər
İl Film Filmin orijinal adı Qeydlər 2000 Amma ürəyim hələ də Hindistanlıdır Phir Bhi Dil Hai Hindustani 2001 Aşoka Asoka Nominasiya — Filmfare Ən Yaxşı Film 2003 Gəzmək gəzmək Chalte Chalte 2004 Mən yanındayam Main Hoon Na Nominasiya — Filmfare Ən Yaxşı Film 2005 Vaxt Kaal Ortaq prodüser 2005 Sirr Paheli 2007 Om Şanti Om Om Shanti Om Nominasiya — Filmfare Ən Yaxşı Film 2009 Billu Billu 2010 Mənim adım Xandır My Name Is Khan Ortaq prodüser
Nominasiya — Filmfare Ən Yaxşı Film 2011 Həmişə, bəzən Always Kabhi Kabhi 2011 Ra. Bir Ra.One 2011 Don 2 Don 2 Ortaq prodüser
Nominasiya — Filmfare Ən Yaxşı Film 2012 İlin tələbəsi Student of the Year Ortaq prodüser 2013 Çennay Ekspresi Chennai Express Ortaq prodüser 2014 Yeni iliniz mübarək Happy New Year Prodüser Özü oxuduğu filmlər
İl Film Filmin orijinal adı Musiqi Ortaq müğənni 1999 Padşah Baadshah "Main To Hoon Pagal" Abhijeet, Alka Yagnik 2000 Çılğın Josh "Apun Bola" Hema Sardesai 2006 Don Don "Khaike Paan Banaraswala" Udit Narayan 2007 İrəli, Hindistan Chak De! India "Ek Hockey Doongi Rakh" KK "Sattar Minute" Solo 2011 Don 2 Don 2 "Aa Raha Hoon Palat Ke" Solo 2012 Nə qədər ki varam Jab Tak Hai Jaan "Jab Tak Hai Jaan (Poem)" Solo Vikianbarda Şahrux Xan ilə əlaqəli mediafayllar var.
