Ümumi Daxili Məhsul
Ümumi Daxili Məhsul (ing.Gross Domestic Product) — verilmiş zaman müddətində ölkə daxilində istehsal olunan əmtəə və xidmətlərin bazar dəyəridir. ÜDM, xüsusi zaman intervalı müddətində istehsal olunan mal və xidmətlər daxildir. Keçmişdə istehsal edilən məhsullara aid sövdələşmələr ÜDM-də əks olunmur. Adətən bu interval il və ya rüblərdir. ÜDM istehsalın həcmini ölkənin coğrafi hüdudları daxilində ölçür. Məsələn, Rusiya şirkəti Azərbaycanda fəaliyyət göstərirsə, onun yaratdığı dəyər Azərbaycanın ÜDM-də əks olunur və əksinə Azərbaycan şirkəti Türkiyədə fəaliyyət göstərirsə, onun istehsal etdiyi məhsul və ya göstəridiyi xidmət Türkiyənin ÜDM-də əks olunacaq. ÜDM ölkədə istehsal olunan və qanuni yolla satılan bütün əmtəə və xidmətləri əhatə edir. ÜDM bir neçə əsas məhsulun deyil, istehsal olunan hər məhsulun dəyərini özündə əks etdirir. Nominal ÜDM – hesablamada istehsal edilən məhsulların aktual bazar qiyməti götürülür. Bu səbəbdən nominal ÜDM məhsulun qiymət dəyişikliklərindən asılıdır – yəni inflyasiya (deflyasiya) nəticəsində məhsulun qiyməti qalxdıqda(düşdükdə) nominal ÜDM da qalxır(düşür). Məsələn, ölkədə cəmi 2 məhsul istehsal edilir, A və B məhsulları. 2007-ci ildə A məhsulundan 100 ədəd, B məhsulundan isə 200 ədəd istehsal edilib. A məhsulunun 2007-ci ildə bazar qiyməti 30, B məhsulununku isə 20 pul vahididir. Bu halda 2007-ci ildə ÜDM = 100 * 30 + 200 * 20 = 7000. 2008-ci ildə 10% inflasiya olduğu halda və istehsalın artmadığı halda nominal ÜDM 100 * 33 + 200 * 22 = 7700 olur. Gördüyümüz kimi hətta istehsalın artmadığı halda nominal ÜDM 700 pul vahidi artdı. Məhsulun qiymətindən asılılığı aradan qaldırmaq və səhv yanaşmadan yayınmaq üçün real ÜDM hesablanır. Real ÜDM-da qiymət dəyişiklikləri nəzərə alınır. Bunun üçün bir il əsas götürülməli və növbəti illərdə əsas götürülmüş ilin qiymətləri tətbiq edilməlidir. Yuxarıdakı misalda 2008-ci ildə real ÜDM = 100 * 30 + 200 * 20 = 7000. Bu o deməkdir ki, əsas il olaraq 2007-ci il götürüldükdə 2008-ci ildə real ÜDM-un artımı 0%, nominal ÜDM-un artımı isə 10% təşkil edəcək. ÜDM deflyator nominal ÜDM-un real ÜDM-a nisbətini göstərir: MİSAL Yuxarıdakı misalda 2008-ci ildə: ÜDM-u hesablamağın bir neçə yolu var: 2008-ci ilin sonunda ÜDM Azərbaycanda 31468 mln. AZN və ya 79181 mln. USD (ÜDM(AQP)) təşkil etmişdir. Adambaşına düşən ÜDM 3670 AZN və ya 9183 USD (ÜDM(AQP)) təşkil etmişdir və beynəlxalq müqayisədə Azərbaycan 82-ci yerdə qərarlaşmışdır. 90-cı illərdə bütün keçmiş Sovet ölkələri kimi Azərbaycan da iqtisadi tənəzzüllə uğradı. Ən az ÜDM Azərbaycanda 1995-ci ildə qeydə alınmışdır (2133 mln. AZN). 1996-ci ildən başlayaraq Azərbaycanda ÜDM-un orta real artım tempi ~16% təşkil edib. Bu çox böyük göstəricidir, lakin ÜDM-da neft sektorunun payı çox böyükdür, 59%. Qeyri neft sektorunun orta artım tempi 1998-ci ildən 2008-ci ilə kimi 10,5% olmuşdur. ÜDM-un sənayeyə düşən payı 62%, kənd təsərrüfatına 6,5%, tikintiyə 5,6%, xidmət sahələrinə 19,2% təşkil etmişdir. Qonşu ölkələrlə müqayisədə adambaşına düşən ÜDM (AQP): 1. Amerika Birləşmiş Ştatları — 57.466,79 USD Dünyanın ÜDM-u 2008-ci il üçün 68999 mlrd. USD təşkil etmişdir. Ən böyük ÜDM isə Amerika Birləşmiş Ştatlarındadır, 14264 mlrd. USD. Adambaşına düşən ÜDM-a görə ilkin yerləri Qətər və Lüksemburq (İMF) tutur, ~80000 USD. ÜDM-da vətəndaşların sosial tələbləri (ədalətlilik dərəcəsi – hər bir sahədə, sığorta, sabitlik, havanın, suyun və yemək məhsullarının keyfiyyəti, istirahət üçün şərait və s.) nəzərə alınmadığına görə, adambaşına düşən ÜDM ölkədə yaşayan insanların həyat səviyyəsinin əsas göstəricilərindən biri kimi qəbul edilsə də, yeganə göstərici kimi qəbul edilə bilməz. Həyat səviyyəsinin ölçülməsində bu üsullar da kömək ola bilər: Mündəricat
Yer Ölkə ÜDM $ 1 Qətər 2 İsveçrə 79,888 — Makao, Çin Xalq Respublikası 74,017 3 Norveç 70,868 4 İrlandiya 64,175 5 İslandiya 59,765 6 Qətər 59,324 7 Amerika Birləşmiş Ştatları 57,638 8 Danimarka 53,579 9 Sinqapur 52,963 10 İsveç 51,845 11 Avstraliya 49,755 12 San Marino 47,909 13 Niderland Krallığı 45,638 14 Avstriya 44,758 — Honq Konq 43,741 15 Finlandiya 43,401 16 Kanada 42,183 17 Almaniya 42,161 18 Belçika 41,272 19 Birləşmiş Krallıq 40,367 20 Yeni Zelandiya 39,412 21 Yaponiya 38,901 22 Birləşmiş Ərəb Əmirlikləri 37,622 23 İsrail 37,181 24 Andorra 36,989 25 Fransa 36,857 — Guam 35,563 — Avropa Birliyi 32,242 — Puerto-Riko 30,790 26 İtaliya 30,661 27 Bahama adaları 28,786 28 Cənubi Koreya 27,539 29 Küveyt 27,359 30 Brunei 26,939 31 İspaniya 26,617 32 Malta 25,145 33 Kipr 23,542 34 Bəhreyn 22,579 — Şimali Mariana adaları 22,572 35 Sloveniya 21,650 36 Səudiyyə Ərəbistanı 20,029 37 Portuqaliya 19,838 38 Çexiya Respublikası 18,484 39 Yunanıstan 17,891 40 Estoniya 17,737 41 Saint Kitts və Nevis 16,597 42 Slovakiya 16,530 43 Trinidad və Tobaqo 16,041 44 Barbados 15,892 45 Uruqvay 15,221 46 Seyşel adaları 15,076 47 Oman 14,982 48 Litva 14,901 49 Antigua və Barbuda 14,462 50 Palau 14,428 51 Latviya 14,071 52 Çili 13,793 53 Panama 13,680 54 Macarıstan 12,820 55 Argentina 12,440 56 Polşa 12,414 57 Xorvatiya 12,149 — Amerika Samoası 11,835 58 Kosta Rika 11,825 59 Türkiyə 10,863 — Dünya 10,190 60 Maldivlər 9,875 61 Qrenada 9,842 62 Mauritius 9,631 63 Rumıniya 9,523 64 Malayziya 9,508 65 Sent Lusiya 9,365 66 Rusiya 8,748 67 Ekvatorial Qvineya 8,747 68 Braziliya 8,650 69 Livan 8,250 70 Meksika 8,209 71 Çin 8,123 72 Dominika 7,907 73 Nauru 7,821 74 Qazaxıstan 7,715 75 Bolqarıstan 7,469 76 Qabon 7,179 77 Çernoqoriya 7,029 78 Sent Vinsent və Qrenadilər 7,007 79 Botsvana 6,924 80 Dominik respublikası 6,722 81 Türkmənistan 6,389 82 Peru 6,049 83 Ekvador 6,019 84 Tayland 5,911 85 Surinam 5,871 86 Kolumbiya 5,806 87 Serbiya 5,426 88 Cənubi Afrika 5,275 89 Makedoniya 5,237 90 Fiji 5,234 91 İran 5,219 92 Belarus 4,989 93 Yamayka 4,879 94 Bosniya və Herseqovina 4,808 95 Beliz 4,745 96 İraq 4,610 97 Guyana 4,529 98 Namibiya 4,415 99 El Salvador 4,224 100 Qvatemala 4,147 101 Albaniya 4,125 102 İordaniya 4,088 103 Paraqvay 4,078 104 Samoa 4,030 105 Əl-Cəzair 3,917 106 Şri Lanka 3,910 107 Azərbaycan 3,879 108 Gürcüstan 3,866 109 Tonqa 3,749 110 Monqolustan 3,694 111 Tunis 3,689 112 Marşal adaları 3,665 — Kosovo 3,661 113 Ermənistan 3,615 114 İndoneziya 3,570 115 Misir 3,478 116 Angola 3,309 117 Mikroneziya 3,144 118 Boliviya 3,105 119 Tuvalu 3,084 120 Cape Verde 2,998 121 Filippin 2,951 — Fələstin Qərb Şəriyəsi və Qəzzə 2,943 122 Mərakeş 2,893 123 Vanuatu 2,861 124 Butan 2,774 125 Esvatini 2,770 126 Papua Yeni Qvineya 2,500 127 Sudan 2,415 128 Honduras 2,361 129 Laos 2,339 130 Ukrayna 2,186 131 Nigeriya 2,176 132 Vyetnam 2,171 133 Nikaraqua 2,151 134 Özbəkistan 2,111 135 Solomon adaları 2,006 136 Moldova 1,900 137 São Tomé və Príncipe 1,715 138 Hindistan 1,710 139 Kiribati 1,587 140 Fil dişi Sahili 1,535 141 Konqo Respublikası 1,528 142 Gana 1,514 143 Kenya 1,455 144 Pakistan 1,444 145 Şərq Timor 1,405 146 Kamerun 1,375 147 Bangladeş 1,359 148 Kamboca 1,270 149 Zambiya 1,269 150 Myanma 1,196 151 Mavritaniya 1,102 152 Qırğızıstan 1,078 153 Lesotho 1,040 154 Zimbabve 1,029 155 Yəmən 990 156 Senegal 953 157 Tanzaniya 878 158 Tacikistan 796 159 Benin 789 160 Mali 780 161 Komorları 775 162 Haiti 740 163 Nepal 729 164 Efiopiya 707 165 Ruanda 703 166 Çad 664 167 Qvineya 662 168 Qvineya-Bissau 642 169 Burkina Faso 627 170 Uqanda 580 171 Getmək? 579 172 Əfqanıstan 562 173 Sierra Leone 505 174 Qambiya 473 175 Liberya 455 176 Somali 434 177 Konqo Demokratik Respublikası 406 178 Madaqaskar 402 179 Mərkəzi Afrika Respublikası 382 180 Mozambik 381 181 Malavi 300 182 Burundi 286
